Masazırda yol bu səbəbdən çöküb - AAYDA-dan açıqlama

14:15 2 Aprel 2026

Xəbər verdiyimiz kimi, ötən gün Abşeron rayonu, Masazır qəsəbəsində “Zəngilan şəhərciyi” ərazisində yol çöküb.

Yeni təmirdən çıxan yolun qısa müddət sonra çökməsi mediada və sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

"Sitat.info" olaraq hadisənin təfərrüatını öyrənməyə çalışdıq.

 AAYDA-nın sözçüsü Anar Nəcəfli "Sitat.info"nun sorğusuna cavab olaraq bildirdi ki, çökən yol yeni salınmayıb:

"O yol yeni çəkilməyib. Mövcud yoldur, sadəcə olaraq, iki ay öncə üzərindəki 2-3 santimetr asfalt qatı yenilənib. Orada başqa proses olmayıb. Yolun altından keçən kollektorda qəza olub. Onu heç kim hesablaya bilməzdi. Belə bir qəzanın olacağını öncədən müəyyən etmək mümkün deyil. Qəza olub, su sızıb və altda torpaq qatını yuyub. Belə olan halda təbii ki, yol çökəcək. Hazırda ərazidə işlər aparılır".

Nigar,

Sitat.info



Xəbər xətti