Putin: İrandakı hadisələr artıq enerji bazarlarına təsir edib
"Yaxın Şərqdəki münaqişə enerji bazarlarına birbaşa təsir göstərir".
Sitat.info xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Nəqliyyat və Logistika Forumunun iştirakçılarına video müraciətində bildirib.
O qeyd edib ki, resurs təchizatının təhlükəsizliyi həlledici amilə çevrilir.
Rusiya lideri hesab edir ki, İrandakı hadisələr artıq enerji bazarlarına və Hörmüz boğazından neft və qazın daşınmasına birbaşa təsir göstərir: "Getdikcə daha çox ölkə və şirkət yalnız nəqliyyatın sürəti və dəyəri ilə məhdudlaşmır: həlledici amil böhranlara, hərbi münaqişələrə və digər xarici risklərə daha az həssas olan nəqliyyat marşrutlarının və təchizat zəncirlərinin təhlükəsizliyi və sabitliyidir".
Nigar,
Sitat.info