19 yaşlı qız bıçaqlandı - Şübhəli dayısı oğludur

19 yaşlı qız bıçaqlandı - Şübhəli dayısı oğludur
Gündəm 31 Mart 2026 19:00

Ağdamın Quzanlı qəsəbəsində 19 yaşlı qız bıçaqlanıb.

Sitat.info xəbər verir ki, Leyla Cəfərova üzü və sol əlində kəsilmiş yaralarla Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Zərərçəkmiş xəstəxanada bildirib ki, hadisəni törədən şəxs onun dayısı oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.