ABŞ Azərbaycanın 8 erməni hərbçini təhvil verməsini alqışlayır

ABŞ Azərbaycanın 8 erməni hərbçini təhvil verməsini alqışlayır
Gündəm 08 Fevral 2022 10:05

“Biz Azərbaycanın saxlanılan erməni hərbçiləri təhvil verməsini alqışlayırıq”.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin “Twitter” hesabında bildirilib.

Bütün qalan saxlanılan hərbçilərin qaytarılmasının asanlaşdırılması və itkin düşənlərin (o cümlədən 1990-cı illərdə) haqqında məlumat əldə edilməsi səyləri regionda davamlı sülh üçün çox vacibdir”, - xəbərdə deyilir.