Bu ölkə yenidən təhdid etdi: İki həftəyə Tehranı alarıq!

Bu ölkə yenidən təhdid etdi: İki həftəyə Tehranı alarıq!
Gündəm 27 Mart 2026 21:00

Tehranı ələ keçirmək üçün bizə ən çoxu iki həftə vaxt lazımdır.

Sitat.info  xəbər verir ki, bu sözləri Uqanda ordusunun komandiri Muhuzi Kayneruqaba sosial media hesabında yazıb.

“Bunun üçün bir briqada kifayətdir”, - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə də Muhuzi Kayneruqaba İsrail tərəfdən müharibəyə qoşula biləcəklərini elan etmişdi.