Sabunçuda iki nəfərin boğulduğu tunel yenidən bağlandı

Sabunçuda iki nəfərin boğulduğu tunel yenidən bağlandı
Gündəm 27 Mart 2026 19:22

Paytaxtda müşahidə olunan güclü yağışlar səbəbindən Sabunçu rayonu ərazisində nəqliyyatın hərəkətində məhdudiyyət tətbiq edilib.


Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, rayonun Asəf Əsədullayev küçəsində yerləşən tunel təhlükəsizlik məqsədilə hərəkət üçün tam bağlanıb.

Xatırladaq ki, 2024-cü ilin oktyabr ayında yağan şiddətli yağışlar zamanı həmin tunelə su dolması nəticəsində iki nəfər boğularaq həyatını itirmişdi.