Gəncədə qəza - Bir ailənin 4 üzvü yaralandı

Gəncədə qəza - Bir ailənin 4 üzvü yaralandı
Gündəm 25 Mart 2026 20:00

Gəncə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.


Sitat.info xəbər verir ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq səkidəki ağacları sındırıb və aşıb.

İlkin məlumata görə, qəzada 9 yaşlı Y. H, 14 yaşlı T. Hümbətova və daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralıların bir ailənin üzvü olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.