İrəvanda gərginlik pik həddə
Ermənistanda iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca, ölkə daxilində siyasi qarşıdurma daha açıq və sərt fazaya keçir.
Sitat.info Müsavat.com-a istinadla xəbər verir ki, son olaraq, baş nazir Nikol Paşinyan parlamentdəki çıxışında ölkənin siyasi səhnəsində yer alan və eyni zamanda, seçkilərdə əsas rəqibləri sayılan sabiq prezident Robert Köçəryan, iş adamı və siyasətçi Samvel Karapetyan, eləcə də “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanın təmsil etdiyi qüvvələri kəskin tənqid edib.