Herisçi Təbrizdən danışdı: İranla işləmək istəyiriksə... – Video

16:08 25 Mart 2026

İranda Yutub fəaliyyət göstərmir, SVİFT pul köçürmələri yoxdur, çünki internet işləmir.

Sitat.info xəbər verir ki, bunu Təbrizdən yeni qayıdan tanınmış yazıçı, əslən təbrizli olan Həmid Herisçi “Aktual gündəm” verilişində çıxışında deyib.

“İranda elə bil internet dövründən əvvəlki zamana gedirsən. Sözün hər bir mənasında İran klassik məzmunlu ölkədir. İnformasiyanı da özlərinə məxsus şəkildə şifrəli verirlər. Əgər biz İran diplomatiyası ilə işləmək istəyiriksə, o şifrəqramların dilini bilməliyik, onları deşifrə etməliyik”, - Herisçi bildirib.



Xəbər xətti