Moskvada binada yanğın, 3 ölü, 4 yaralı

Moskvada binada yanğın, 3 ölü, 4 yaralı
Gündəm 23 Mart 2026 18:26

Rusiyanın paytaxtı Moskvanın mərkəzində yaşayış binasında yanğın olub.

Sitat.info “İnterfaks”a istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub, daha 4 nəfər isə yaralanıb. 

Bununla yanaşı, aralarında 5 uşaq olan 25 nəfər xilas edilib. 

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.