Xamenei təcrid olunmuş vəziyyətdədir - KİV

Xamenei təcrid olunmuş vəziyyətdədir - KİV
Gündəm 23 Mart 2026 14:35

İranın yeni ali lideri Müctəba Xamenei yaralanıb, təcrid olunub və ona göndərilən mesajlara cavab vermir.

Sitat.info xəbər verir ki, bu barədə “Vaşinqton Post” İsrail və ABŞ təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

İsrail rəsmiləri bildiriblər ki, SEPAH-ın yüksək vəzifəli şəxsləri ölkə üzərində nəzarəti gücləndiriblər.