Ukraynanın fəxri patriarxı vəfat etdi

Ukraynanın fəxri patriarxı vəfat etdi
Gündəm 20 Mart 2026 17:12
Ukrayna Pravoslav Kilsəsinin (UPK) fəxri patriarxı Filaret (əsl adı Mixail Antonoviç Denisenko) 98 yaşında vəfat edib.
 
Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kiyevin və bütün Ukraynanın Mitropoliti, UPK-nın başçısı Yepifaniy sosial şəbəkə hesabında məlumat verib.
 
Məlumata görə, Filaret səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilmişdi.
 
“Bu gün mənim və bir çox ukraynalıların qəlbində dərin kədər və hüzn var. Patriarx Filaret dünyasını dəyişdi”, – Yepifaniy bildirib.