"Barselona" afrikalı futbolçu ilə danışıqlara başladı
"Barselona" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.
Sitat.info "Sport.es"ə istindən xəbər verir ki, Kataloniya klubu "Napoli"nin seneqallı müdafiəçisi Xalidu Kulibali ilə danışıqlar aparır. Afrikalı futbolçu İtaliya təmsilçisinə 2023-də başa çatacaq müqaviləsini yeniləməyəcəyini deyib. Oyunçu tez bir zamanda İspaniyaya getmək istəyir.
Qeyd edək ki, 2014-cü ildən "Napoli"də çıxış edən Kulibali bu mövsüm 34 matçda 3 qol və 3 məhsldar ötürmə edib.