Rusiya İran rəsmilərinə qarşı sui-qəsdləri pislədi

 Rusiya İran rəsmilərinə qarşı sui-qəsdləri pislədi
Dünya 18 Mart 2026 16:20

Rusiya dünən İranın yüksək vəzifəli rəsmilərinə qarşı həyata keçirilən sui-qəsdləri pisləyib.

Sitat.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov İsrailin hava hücumu nəticəsində Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsini qəbuledilməz hesab edib. 

“Biz İranın müstəqil və suveren hakimiyyətinin nümayəndələrinin, eləcə də digər ölkələrin liderlərinin sağlamlığına zərər vurmağa və ya nəticədə öldürməyə yönəlmiş istənilən addımı qətiyyətlə pisləyirik”, - deyə, Peskov bildirib.

Aytac,

Sitat.info