İran gəmilərinə mane olmuruq - Bessent

İran gəmilərinə mane olmuruq - Bessent
Gündəm 16 Mart 2026 18:57

İran tankerlərinin Hörmüz boğazından keçməsinə mane olmuruq.

Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

“Biz İran gəmilərinin Hörmüzdən keçidinə şərait yaratmışıq. Müşahidə edirik ki, Hindistan gəmiləri indi oradan çıxır, hətta Çin gəmiləri də yola düşür. Hesab edirik ki, iranlılar təbii şəkildə öz bazarlarını açacaqlar və hələlik bu bizi qane edir”, - Bessent qeyd edib.