Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - FOTO

Bakıda zəncirvari qəza: Üç avtomobil toqquşdu - FOTO
HADİSƏ 10 İyun 2022 21:31

Bakının Sabunçu rayonunda zəncirvari qəza olub.

SİTAT.İNFO xəbər verir ki, bu barədə Trend-ə hadisə şahidi məlumat verib.

Qəza zamanı üç avtomobil toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəzaya görə, prospektdə böyük tıxac yaranıb.