Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır

Azərbaycan MN: Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır
Gündəm 13 Mart 2026 17:34
Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik.
 
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında deyilir.
 
"Bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır. Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir. Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik", MN-dən bildirilib.