BMT İranın Körfəz ölkələrinə hücumları ilə bağlı bəyanat yaydı - Rusiya və Çin bitərəf qaldı

BMT  İranın Körfəz ölkələrinə hücumları ilə bağlı bəyanat yaydı - Rusiya və Çin bitərəf qaldı
Gündəm 12 Mart 2026 14:06

Bu gün BMT Təhlükəsizlik Şurası (TŞ) İranın Fars körfəzi ölkələrinə və İordaniyaya hücumlarını dayandırmağa çağıran qətnaməni qəbul edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, sənəd Bəhreyn tərəfindən Fars körfəzi ölkələrinin dəstəyi ilə hazırlanıb və Təhlükəsizlik Şurasının 15 üzvündən 13-ü lehinə səs verib.

Rusiya və Çin isə bitərəf qalıb. Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniyaya qarşı yolverilməz hücumları ən sərt formada pislənir.

Qətnamədə İranın Hörmüz boğazını bağlaması da qınanıb. Sənəddə ABŞ və İsrailin İrana qarşı hər hansı əməliyyatları qeyd olunmayıb.

Nigar,

Sitat.info