İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı

İlham Əliyev dünyada neftin qiymətindəki artımdan danışdı
SİYASƏT 12 Mart 2026 11:32

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında dünyada neft və qazın qiymətlərindəki artıma toxunub.

Sitat.info xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:

“Biz neft və qaz qiymətlərinin görünməmiş dərəcədə artımını müşahidə edirik. Bu da istehlakçılara bir zərbədir. Nəinki istehlakçılara, əgər kimsə düşünürsə ki, qeyri-tarazlı bu qiymətlər yalnız neft hasil və ixrac edən ölkələrin xeyrinədir, yox, bu, belə deyil. Biz daha tarazlaşdırılmış, proqnozlaşdırılmış neft qiymətlərinin tərəfdarıyıq”.