Sərdar Salmanzadə “Şəfa”dan getdi

Sərdar Salmanzadə “Şəfa”dan getdi
Gündəm 04 Mart 2026 20:36

“Şəfa” futbol klubunun rəhbərliyində gözlənilməz istefa baş verib.

Sitat.info xəbər verir ki, “Qafqazinfo"nun əldə etdiyi məlumata görə, klubun prezidenti Sərdar Salmanzadə vəzifəsindən gedib.

O, rəhbərlikdən ayrılması ilə bağlı məlumatı saytımıza özü təsdiqləyib.

Qeyd edək ki, “Şəfa” 36 xalla hazırda I Liqada turnir cədvəlinə liderlik edir.