Təcili! İranın xəbər agentliklərinə kiberhücumlar başladı

Təcili! İranın xəbər agentliklərinə kiberhücumlar başladı
Gündəm 28 Fevral 2026 11:47

Bu gün İsrailin İrana qarşı hava zərbələri endirməsi ilə eyni zamanda İranda xəbər agentlikləri haker hücumlarına məruz qalıb.


Sitat.info xəbər verir ki, İranın rəsmi IRNA və ISNA xəbər agentliklərinə kütləvi kiberhücumlar edilib.

Hazırda xəbər agentliklərinin rəsmi internet saytlarına giriş əlçatmazdır. Agentliklər “Telegram” kanalları vasitəsilə paylaşım edərək, texniki problemlərin tezliklə həll ediləcəyini açıqlayıb.

Tehran Yusifli