Zaur Nəbioğlunun verilişi dayandırılıb? - Özü danışdı

Zaur Nəbioğlunun verilişi dayandırılıb? - Özü danışdı
Gündəm 27 Fevral 2026 13:00

Zaur Nəbioğlunun aparıcılığı ilə ATV-də yayımlanan “Rəngarəng” proqramının yayımının dayandırılması ilə bağlı məlumat yayılıb.

Sitat.info xəbəri dəqiqləşdirmək üçün aparıcı ilə əlaqə saxlayıb. 

Zaur Nəbioğlu bildirib ki, verilişin yayımdan qaldırılması ilə bağlı məlumat yanlışdır: "Gələn həftənin 1-ci günü efirdə olacağıq.  Artıq növbəti həftənin bütün qonaqları müəyyənləşib. Yalan məlumat yazırlar. Yaxşı ki, mənə zəng edib dəqiqləşdirdiniz. Efirə davam edirik. Mənə hər hansı bir xəbərdarlıq edilməyib". 

Tehran,

Sitat.info