Milli Məclisin növbəti plenar iclası başladı

Milli Məclisin növbəti plenar iclası başladı
SİYASƏT 27 Fevral 2026 11:20

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Sitat.info xəbər verir ki, iclasın gündəliyində Əmək Məcəlləsində, "Təhsil haqqında" və "Mədəniyyət haqqında" qanunlarda dəyişiklik layihələrinin birinci oxunuşda müzakirəsi daxil olmaqla, ümumilikdə, 9 məsələ var.

Plenar iclasa spiker Sahibə Qafarova sədrlik edir.