Yük avtomobilindən akkumulyator oğurlayıb satan şəxs saxlanılıb

Yük avtomobilindən akkumulyator oğurlayıb satan şəxs saxlanılıb
Gündəm 26 Fevral 2026 17:50
Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.
 
Sitat.info xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.
 
Araşdırma aparılır.