Əminəm ki, bundan sonra heç kim bizə qarşı... - Prezident

Əminəm ki, bundan sonra heç kim bizə qarşı... - Prezident
Gündəm 25 Fevral 2026 20:13

İndi Azərbaycan elə güclüdür, bundan sonra heç kim ona qarşı torpaq iddiası ilə çıxış edə bilməz.

 
Sitat.info xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 25-də Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində olarkən sakinlə söhbətində deyib.
 
"İndi Azərbaycan elə güclüdür, əminəm ki, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz. Ona görə sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma güclü Ordumuz da hər zaman olmalıdır ki, bunu biz təmin edək. Onu da edirik", - İ.Əliyev qeyd edib.