Britaniyadan Gürcüstan telekanallarına - Sanksiya

Britaniyadan Gürcüstan telekanallarına - Sanksiya
Gündəm 24 Fevral 2026 17:13

Böyük Britaniya hökuməti Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müdaxiləsinin dördüncü ildönümü ilə əlaqədar Moskvaya qarşı ən geniş sanksiyalar paketini qəbul edib.  Sitat.info xəbər verir ki, sanksiyalar Rusiya ilə əlaqəli təxminən 300 subyektə şamil olunub.

 

Ukrayna haqqında həqiqəti əks etdirməyən informasiyanın yayılmasına görə, Gürcüstanın “Imedi TV” və “Post TV” televiziya kanalları da sanksiyalara məruz qalıb. 

Britaniya hökumətinin qərarına əsasən, hər iki teleşirkətə qarşı aktivlərin dondurulması, direktorların diskvalifikasiyası və müəyyən xidmətlərə məhdudiyyətlər şəklində sanksiyalar tətbiq edilib.