Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
Gündəm 24 Fevral 2026 13:51

Bu gün paytaxtın Nəsimi rayonunun bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.


"Azərişıq"dan Sitat.info-ya  verilən məlumata görə, fevralın 24-də Nəsimi Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 12:30-dan 14:30-dək Mirəli Qaşqay - Feyzulla Qasımov, Mirəli Qaşqay - Abbas Səhhət, Abbas Səhhət - Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən obyektlərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunur.