Avtobus çaya düşdü - 17 nəfər həlak oldu

Avtobus çaya düşdü - 17 nəfər həlak oldu
Gündəm 23 Fevral 2026 13:31

Nepalda sərnişin avtobusu çaya düşüb.

Sitat.info  xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ilkin məlumata görə, 17 nəfər həyatını itirib.

Rəsmilər Pokhara bölgəsindən paytaxt Katmanduya gedən avtobusun yoldan çıxaraq Trishuli çayına düşdüyünü bildirib.

Qəzada 17 nəfərin həyatını itirdiyi, 20-dən çox şəxsin isə yaralandığını bildirilib. Rəsmilər axtarış və xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.