Bu evləri dövlət təmir edəcək

Bu evləri dövlət təmir edəcək
Gündəm 18 Fevral 2026 11:30

Bakı, Sumqayıt və Mingəçevir şəhərlərində, həmçinin Biləsuvar və Bərdə rayonlarında keçmiş məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri və mənzillərin təmir olunması planlaşdırılır.

Sitat.info Oxu.az-a istinadla xəbər ki, bununla bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tender elan edib.

Qurum layihənin həyata keçirilməsi üçün 451 min 115.65 manat ödəməyi planlaşdırıb.