Ağdama daha 120 ailə yola salındı

Ağdama daha 120 ailə yola salındı
SOSİAL 17 Fevral 2026 09:21

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Sitat.info xəbər verir ki, bu mərhələdə Ağdam şəhərinə 120 ailə - 419 nəfər yola salınıb.

Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.