İranla razılığa gələ bilərik - Rubio

İranla razılığa gələ bilərik - Rubio
Gündəm 16 Fevral 2026 20:12

Bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək mümkündür.

Sitat.info xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

Rubio İranla razılığa gəlməyin asan olmayacağını bildirib:

“ABŞ buna nail olmaq üçün bütün səylərini göstərəcək. Danışıqlar olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq".

Qeyd edək ki, danışıqların növbəti mərhələsi fevralın 17-də Cenevrədə keçiriləcək.