Piyadanı yük avtomobili vurub öldürdü

Piyadanı yük avtomobili vurub öldürdü
Gündəm 16 Fevral 2026 19:38

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Sitat.info-nun əldə etdiyi xəbərə görə, hadisə rayonun Birinci Qazaxlar kəndində baş verib.

Belə ki, hərəkətdə olan “Qazel” markalı yük avtomobili kənd sakini 1972-ci il təvəllüdlü Sadıqov Elçin Balağlan oğlunu vurub.

Ağır xəsarətlər alan bərdə sakini hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

///Qafqazinfo