Ermənistanda aeroporta bomba qoyulması ilə bağlı xəbər yayılıb

Ermənistanda aeroporta bomba qoyulması ilə bağlı xəbər yayılıb
HADİSƏ 08 İyun 2022 16:56

Ermənistanın “Zvartnots” hava limanına bomba qoyulması ilə bağlı xəbər daxil olub.

APA  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb.

Hadisə yerinə xilasetmə və yanğınsöndürmə xidməti, psixoloqlar və kinoloqlar cəlb olunub.

Aeroportda hazırda mülki müdafiə qüvvələrinin minatəmizləmə qrupu fəaliyyət göstərir.