AB-dən Elon Maska sərt CAVAB

AB-dən Elon Maska sərt CAVAB
Gündəm 06 Fevral 2026 17:48
Avropa Birliyi (AB) Komissiyası Elon Maskın İspaniyanın Baş naziri Pedro Sançesi "faşist” adlandırmasını qınayıb.
 Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, AB Komissiyasının sözçüsü Tomas Regnier bildirib ki, qurum üzv dövlətlərin liderləri ilə tam həmrəydir.
 
Regnier əlavə edib ki, AB rəqəmsal platformaların Rəqəmsal Xidmətlər Qanunu (DSA) çərçivəsində məsuliyyətə cəlb edilməsini dəstəkləyir.
 
Xatırladaq ki, Mask sosial mediaya nəzarətin artırılması təşəbbüsündən sonra Sançesi sərt tənqid etmişdi. Sançes isə cavabında bu hücumları "irəliləyişin əlaməti” adlandırıb
///AZXEBER.COM