Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 6-da.

Hava ilə bağlı XƏBƏRDARLIQ: Fevralın 6-da.
Gündəm 05 Fevral 2026 20:00

Fevralın 6-da ölkə ərazisində gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

 
Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.
 
Qeyd edilib ki, gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.