Ərdoğan ABŞ-İran gündəmini kabineti ilə müzakirə edəcək
Türkiyə prezidenti Ərdoğan ABŞ-ın İrana mümkün zərbəsini kabineti ilə müzakirə edəcək.
Mənbə bildirib ki, Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana zərbə endirməklə bağlı təhdidləri, eləcə də regiondakı son hadisələr müzakirə olunacaq. Hərbi müdaxiləyə qarşı olan və diplomatiyanı, dialoqu dəstəkləyən Türkiyənin mövqeyi bir daha təkrarlanacaq.
Bu kontekstdə türk nazirləri İranın xarici işlər naziri Abbas Əraqçinin həftəsonu İstanbula səfərinin nəticələrini, Türkiyənin xarici işlər naziri Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanla görüşlərini, eləcə də sonuncunun ABŞ və İran prezidentləri ilə telefon danışıqlarını müzakirə edəcəklər.
Nigar,
Sitat.info