Azərbaycanda daha 5 vəzifəli şəxs SAXLANILDI

Azərbaycanda daha 5 vəzifəli şəxs SAXLANILDI
Gündəm 08 İyun 2022 10:25

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Sitat.infoTrendə istinadla bildirir ki , iyunun 7-də keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov saxlanılıb.

Əməliyyat zamanı həmçinin Şirvan şəhər bələdiyyəsinin Malik adlı əməkdaşı, Əmlak idarəsinin Arif, Sübhan və Amid adlı vəzifəli şəxslərinin də saxlanıldığı bildirilir.