Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı
Gündəm 31 Yanvar 2026 16:02
Bakıda mənzildə meyit tapılıb.
 
Sitat.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, FHN-in "112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Məlumatla əlaqədar Nazirliyin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.