Dəməşq və SDQ atəşkəslə bağlı razılığa gəlib?

Dəməşq və SDQ atəşkəslə bağlı razılığa gəlib?
Gündəm 24 Yanvar 2026 15:36

Dəməşq və Suriya Demokratik Qüvvələri (SDQ) atəşkəsi bir ay müddətinə uzatmaq barədə razılığa gəliblər.

Sitat.info xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Agentliyin məlumatına görə, bu vaxt ərzində İŞİD məhbuslarının İraqa təhvil verilməsini başa çatdırmaq nəzərdə tutulur.

Suriya Xarici İşlər Nazirliyindən bir mənbə isə "əl-ikhbariya" telekanalına məlumatı tıkzib edib.

Bildirilib ki, SDQ ilə atəşkəsin müddətinin uzadılması barədə yayılan məlumat həqiqəti əks etdirmir.