Qonşusunun damını təmir edərkən yıxılmışdı - 15 gün sonra öldü

Qonşusunun damını təmir edərkən yıxılmışdı - 15 gün sonra öldü
Gündəm 23 Yanvar 2026 14:49

 

Lənkəranda hündürlükdən yıxılan kişi xəstəxanada ölüb.

Sitat.info xəbər verir ki, hadisə yanvarın 7-si Liman şəhərində baş verib.

Şəhər sakini 1971-ci il təvəllüdlü Çingiz Ağamalı oğlu Əliyev həmin gün qonşusuna məxsus evin damını təmir edərkən ehtiyatsızlıqdan yıxılıb.

Ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Ç.Əliyev yanvarın 22-si vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.