Bakı 11 nəfəri İrəvana təhvil verdi

Bakı 11 nəfəri İrəvana təhvil verdi
SİYASƏT 23 Yanvar 2026 12:41

Azərbaycan Qarabağda qalan 10 erməni və bir rusu (Ermənistan vətəndaşı) İrəvana təhvil verib.

Sitat.info xəbər verir ki, bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan deyib.

“Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Onlar Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər”, - o bildirib.