Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü

Gəncədə bıçaqlanan şəxs xəstəxanada öldü
KRİMİNAL 23 Yanvar 2026 10:44

Gəncədə bıçaqlanma hadisəsi ölümlə nəticələnib.

1989-cu il təvəllüdlü R. Əmrahov ağır vəziyyətdə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, R. Əmrahov bıçaqlanaraq qətlə yetirilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.