Bakı-Sumqayıt-Bakı qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar

Bakı-Sumqayıt-Bakı  qatarları Bakıxanov və Sabunçuda da dayanacaqlar
SOSİAL 21 Yanvar 2026 13:45

Bu gündən Sumqayıt-Bakı xətti üzrə hərəkət edən ekspres qatarların dayanacaq siyahısına Bakıxanov dayanacağı da əlavə edilib.

Bu barədə Sitat.info-ya Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.

Bildirilib ki, bu xətt üzrə saat 07:30 və 08:00 reyslərinin Bakıxanovda dayanması sərnişinlərə əlavə imkanlar yaradır.

Eyni zamanda, axşam saat 18:05-də Bakıdan Pirşağı xətti ilə Sumqayıta hərəkət edən ekspres qatarı Sabunçu stansiyasında da dayanacaq.