Əli Əsədov və Sahibə Qafarova Şəhidlər xiyabanını ziyarət edib

Əli Əsədov və Sahibə Qafarova Şəhidlər xiyabanını ziyarət edib
SİYASƏT 20 Yanvar 2026 09:19

Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Sitat.info xəbər verir ki, Əli Əsədov, Sahibə Qafarova, eləcə də digər dövlət və hökumət rəsmiləri faciə qurbanlarını yad edib, şəhidlərin məzarları üstünə qərənfillər düzüblər.