Yer kürəsində maqnit fırtınası gözlənilir

Yer kürəsində maqnit fırtınası gözlənilir
Gündəm 16 Yanvar 2026 19:26

Yer kürəsində yenidən maqnit fırtınası müşahidə oluna bilər.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya Geoloji Xidməti məlumat yayıb.

Alimlərin sözlərinə görə, hazırda Günəş küləyinin sürəti artsa da, Yer kürəsində geomaqnit vəziyyət hələlik sakit olaraq qalır. Amma bu sabitliyin uzun sürməyəcəyi proqnozlaşdırılır.

Kosmik hava proqnozları üzrə mütəxəssislər bildiriblər ki, 17–18 yanvar tarixlərində koronal dəlikdən çıxan əlavə yüksək sürətli Günəş küləklərinin Yerə çatması gözlənilir.

 

Hazırda maqnit fırtınasının nə qədər davam edəcəyi ilə bağlı dəqiq məlumat yoxdur.