Füzulidə əmi və qardaşı oğlunun faciəvi ölümü: Maşından meyitləri tapıldı

Füzulidə əmi və qardaşı oğlunun faciəvi ölümü: Maşından meyitləri tapıldı
Gündəm 15 Yanvar 2026 17:45
Füzulidə iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.
 
Rayon ərazisinə işləmək üçün gedən 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu 28 yaşlı Vüsal Hətəmli onlara məxsus avtomobili işlək vəziyyətdə qoyaraq yatıblar.
 
Daha sonra avtomobilin qızdırıcısında yaranan karbon monoksid qazı (dəm qazı) onların boğularaq ölməsinə səbəb olub.
 
Faktla bağlı araşdırma başlanıb.
 
///Qafqazinfo