Hacıbala Abutalıbov bu kəndə köçüb

Hacıbala Abutalıbov bu kəndə köçüb
Gündəm 15 Yanvar 2026 17:36

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini tutmuş Hacıbala Abutalıbov paytaxtdan köçüb.

Sitat.info xəbər verir ki, bu barədə Gununsesi.info-ya onun ailə üzvləri bildirib.

Məlumata görə, keçmiş mer Qaxın Ağçay kəndində özü üçün inşa etdirdiyi kiçik villada yaşayır. Onun bu kəndə köçməsinə səbəb isə həyat yoldaşının məhz Ağçaydan olmasıdır.

Yaxınları deyir ki, H.Abutalıbov təsadüfi hallarda kənd sakinləri arasında olur.

“Yaşlanıb, özü üçün həyət-bacada gəzir”, - yaxınları söyləyib.