Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ

Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ
SİYASƏT 06 İyun 2022 21:19

Daxili işlər orqanlarında yeni təyinat olub.

SİTAT.İNFO APA-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis idarəsinin 1-ci polis şöbəsinin rəisi polis polkovnik-leytenantı Knyaz Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə Knyaz Həsənov Ağcəbədi Rayon Polis Şöbəsinin rəisi təyin edilib.