İran Konstitusiya Şurasının müşahidəçisi öldürüldü

İran Konstitusiya Şurasının müşahidəçisi öldürüldü
Gündəm 10 Yanvar 2026 16:43

İranda baş verən son etiraz aksiyaları zamanı Konstitusiya Müdafiə Şurasının müşahidəçilərindən biri öldürülüb.

Sitat.info Telegraf-a istinadən xəbər verir ki, bu barədə İran Konstitusiya Şurasının sözçüsü Hadi Tahan Nazif ölkədəki son hadisələrlə bağlı danışarkən deyib.

O bildirib ki, Qəzvində Şuranın müşahidəçilərindən biri iğtişaşlar zamanı həyatını itirib.

Tahan Nazif etirazlar zamanı baş verən zorakılıqları və vandalizm aktlarını pisləyərək, hadisələrin arxasında "gizli əllər" və düşmən qüvvələrin dayandığını vurğulayıb.