Xaricdən evə qayıdan gün öldü

Xaricdən evə qayıdan gün öldü
Gündəm 10 Yanvar 2026 15:13

Goranboyda 45 yaşlı kişi xaricdən vətənə qayıtdığı gün bədbəxt hadisə nəticəsində həyatını itirib.

Sitat.info xəbər verir ki, xeyli müddətdir Rusiyada yaşayan Namiq İsmayılzadə dünən Azərbaycana geri dönüb.

O, evə çatdıqdan bir neçə saat sonra hamam otağında dəm qazından boğulub.

Faktla bağlı araşdırma aparılır.